4 Eylül 2025, Perşembe
02:40

EkoSfera"Ekoloji-Sosial Mərkəzin əsas təşkilatçılığı ilə İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı (LCOY) Azərbaycan 2025 keçirildi !!

EkoSfera"Ekoloji-Sosial Mərkəzin əsas təşkilatçılığı ilə İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı (LCOY) Azərbaycan 2025 keçirildi !!

Haber : Zeynep Abbasova/ Azerbaycan

"EkoSfera"Ekoloji-Sosial Mərkəzin əsas təşkilatçılığı ilə İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı (LCOY) Azərbaycan 2025 keçirildi !!


1–2 sentyabr tarixlərində Bakı Dövlət Universiteti və SEA BREEZE Resort-un tərəfdaşlığı ilə İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – LCOY Azerbaijan 2025 baş tutub. Tədbir iqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakına həsr olunub. Konfransa CBC – Caspian International Broadcasting Company informasiya dəstəyi göstərib.

Konfransın ikinci günündə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxış edərək, COP29-un ölkəmizdə keçirilməsini qlobal iqlim diplomatiyası üçün tarixi hadisə adlandırıb. O, gənclərin bu prosesdə fəal iştirakını vacib sayaraq, onların təşəbbüslərinin beynəlxalq səviyyədə də təsirli olacağını vurğulayıb.

Tədbirdə həmçinin Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Tural Abbasov çıxış edərək, gənclərin iqlim təşəbbüslərinə verdiyi töhfəni yüksək qiymətləndiriblər. EkoSfera Mərkəzinin rəhbəri və COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə isə gənclərin davamlı gələcəyin qurulmasında aparıcı rola malik olduğunu xüsusi vurğulayıb.

Proqram çərçivəsində müxtəlif panel müzakirələri keçirilib, iqlim və dayanıqlı inkişaf mövzularında təqdimatlar dinlənilib. SEA BREEZE Resort-da Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatının ilkin variantı qəbul olunub. Bu sənəd 2025-ci ildə Braziliyada keçiriləcək COP30 çərçivəsində təqdim ediləcək Qlobal Gənclər Bəyanatına töhfə kimi çıxış edəcək.

Konfransda çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Tural Abbasov tədbirlə bağlı təəssüratlarını bizə bildirdi :

“Fikirlərim çox müsbətdir. Belə konfransların daha tez-tez keçirilməsinə böyük önəm veririk. Çünki bu gün ən vacib məsələlər maarifləndirmədən başlayır. Mən media nümayəndələrini də bu prosesdə daha fəal iştirak etməyə çağırıram.
Təəssüf ki, iş həyatımızda bir çox çətinliklərlə üzləşirik və düşünürəm ki, bunun əsas səbəblərindən biri də maariflənmənin yetərincə olmamasıdır. Əgər bu cür tədbirlər davamlı şəkildə təşkil olunsa, insanlar da mövzuya daha çox önəm verməyə başlayacaqlar.”


Konfransda çıxış edənlər sırasında  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud tədbirlər bağlı fikirlərini bizimlə bölüşdü.


“Çox önəmli bir tədbirdir, çıxışımda da qeyd etdiyim kimi, gənclərin səsi və sözü burada xüsusi əhəmiyyət daşıyır. Bu, gənclərin eşidilə biləcəyi çox dəyərli bir platformadır. Onların irəli sürdüyü təkliflər, ideyalar diqqətlə nəzərə alınır.

Müzakirələr zamanı mexanizmlə tanış oldunuz – bu ideyalar son olaraq COP-da səsləndiriləcək. Muxtar müəllim də məlumat verdi ki, Pre-COP tədbiri keçiriləcək və gənclərin səsləndirdiyi həmin ideyalar orada da öz əksini tapacaq.”